Karateçilərimiz Zalsburqda keçiriləcək A Seriyasına hazırlaşır

Xəbərlər
2 Sentyabr 2024 11:48
214
Karateçilərimiz Zalsburqda keçiriləcək A Seriyasına hazırlaşır

Azərbaycan karate komandası payızın ilk böyük turnirinə hazırlaşır.

İdman.biz xəbər verir ki, idmançılarımız sentyabrın 13-15-də Avstriyanın Zalsburq şəhərində keçiriləcək A Seriyasında güclərini sınayacaqlar.

Millinin heyətinə 6 idmançı daxil edilib: Ramil Baxşəliyev (67 kq), İnci Əzizova, Xumar Əlibekova (hər ikisi 50 kq), Suada Kərimova (55 kq), Aisu Əliyeva və Renata Ərəbli (hər ikisi 67 kq).

Qeyd edək ki, turnirdə 78 ölkədən mindən çox karateçi iştirak edəcək.

İdman.biz

Məqalədə: