Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, “KVU-VFKF birliyi”nin idmançıları Avropa çempionatında iştirak ediblər.
İdman.biz xəbər verir ki, Rumıniyada keçirilən yarışda ölkəmiz 1 medal qazanıb.
Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən keçirilən çempionatda Aygün Əsədli (61 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
İdman.biz