İrina Zaretska: “İdmandan gedəcəyimi hələ açıqlamamışam”

Müsahibə
19 Sentyabr 2024 14:34
912
İrina Zaretska: “İdmandan gedəcəyimi hələ açıqlamamışam”

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska qızının doğulmasından sonra həyatının necə dəyişdiyindən, eləcə də gələcək karyerasından danışıb.

İdman.biz xəbər verir ki, uzun müddət Azərbaycan karate millisinin lideri, Tokio Olimpiadasının gümüş mükafatçısı, Avropa Oyunlarının qalibi Karate.project portalının suallarını cavablandırıb.

- Uşağı dünyaya gələndən sonra dünya çempionunun həyatı necə dəyişib?

- Hamiləliyin rahat dövründən sonra gündəlik həyat başlayıb. Bunlar duyğularla dolu xoş narahatlıqlardır. Bəli, hər şey asan getmir, amma məni sındırmaq da o qədər də asan deyil. Yeni olan - gümrah qalmaq və özünü çox gümrah hiss etmək vərdişidir.

- Şəxsən siz oğlunuzun, ya qızınızın olmağını çox istəyirdiniz?

- Nədənsə özümü həmişə oğlan uşağının anası kimi təsəvvür edirdim, çünki çevrəmdə hamının oğlan uşağı var idi, amma qız olacağını biləndə mən də üstünlükləri bu səmtə yönəltdim. Bir şeyi deyə bilərəm: Mia tam olaraq, onu təsəvvür etdiyim kimidir və çox xoşbəxtəm ki, belə şirin qızım var.

- Məşq prosesi üçün darıxırsınızmı? Mia sizə istirahət üçün vaxt verir?

- Səs-küylü açıqlamalar verməyəcəyəm, amma artıq analıq fasiləsindən sonra ilk məşqə çıxmışam. Mianın 7/24 onunla vaxt keçirmək istəyən ən yaxşı nənə və babaları var, buna görə də idman zalına getmək üçün vaxt tapmaq problem deyil.

- Gələcəkdə karate ilə bağlı planlarınız nələrdir? İdmançı, məşqçi? İdmanda qalırsınızmı?

- Hələ karyeramı bitirdiyimi açıqlamamışam, bəlkə indi, uşaq dünyaya gələndən sonra yeni nəfəs açılacaq. Və ya bəlkə də yox. Baxarıq (gülür).

- Ukraynalı İrina Zaretska Vətəni üçün darıxırmı?

- Son sualı daha çox bu şəkildə cavablandırardım: mən hələ də ukraynalı olaraq qalıram, amma böyük idmanda yox. Yalnız onu deyə bilərəm ki, dünya reytinqində ilk nömrələrdən olan Anjelika Terlyuqa, Anita Seregina və İrina Zaretskadan ibarət Ukraynanın qadınlardan ibarət komandası ən azı on il dünya lideri ola bilərdi.

İdman.biz

Məqalədə: