Karateçilərimiz Venesiyada

Xəbərlər
7 Oktyabr 2024 22:47
278
Karateçilərimiz Venesiyada

Azərbaycanın yeniyetmə və gənc karateçiləri İtaliyanın Venesiya şəhərinə yola düşüblər.

İdman.biz xəbər verir ki, yığmamız oktyabrın 9-13-də təşkil olunacaq 13-cü dünya çempionatında iştirak edəcək.

Komandamızın heyətində 25 karateçi yer alıb. Təmsilçilərimiz baş məşqçi Anar Allahverdiyev, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Dünya çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayevlə 14 və 17 yaşlı idmançılardan ibarət kata üzrə yığmanın baş məşqçisi Vüqar Kərimovdur.

Qeyd edək ki, yığmamız yarışa AKF-nin baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

İdman.biz