Karateçimiz "Belarus Open-2024"də fəxri kürsünün ən yüksək pilləsində

Xəbərlər
20 Oktyabr 2024 00:14
335
Karateçimiz "Belarus Open-2024"də fəxri kürsünün ən yüksək pilləsində

Azərbaycan karateçiləri Minsk şəhərində keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində iştirak edirlər.

İdman.biz xəbər verir ki, yığmamızın üzvü Asiman Qurbanlı uğurlu çıxışı ilə yadda qalıb.

84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən karateçimiz bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarışa bu gün 20-də yekun vurulacaq.

İdman.biz