Karateçilərimiz Avropa kubokunda

Xəbərlər
21 Noyabr 2024 18:46
143
Karateçilərimiz Avropa kubokunda

Noyabrın 23-24-də Belçikanın Antiverpen şəhərində fullkontakt kyokuşin karate üzrə 2-ci Avropa kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışa 8 idmançı ilə yollanıb.

Karateçilərimiz beynəlxalq turnirdə Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev yarışda ədaləti qoruyacaq. Nümayəndə heyətimizə AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov başçılıq edəcək.

Qeyd edək ki, Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaqlar.

İdman.biz