20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub.
İdman.biz xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.
2 gün davam edən turnirdə Bakı, Sumqayıt və regionlar daxil olmaqla, Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan və Rusiyadan ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.
65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” 1-ci, “Qara brilyant” 2-ci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə 3-cü olub.
İdman.biz