Azərbaycan karateçiləri Parisdə ilin ilk turnirinə qatılacaqlar

Xəbərlər
20 Yanvar 2025 14:30
115
Azərbaycan karateçiləri Parisdə ilin ilk turnirinə qatılacaqlar

Dünya Karate Federasiyası (WKF) Parisdə keçiriləcək yeni mövsümün ilk Premyer Liqasında iştirakçı ölkələrin sayını açıqlayıb.

İdman.biz xəbər verir ki, yarış 70 ölkədən 400-ə yaxın idmançını bir araya gətirəcək.

Onların arasında Azərbaycan karateçiləri Turqut Həsənov (84 kq), Fidan Teymurova (50 kq) və Nuran Rzazadə (67 kq) olacaq.

Qeyd edək ki, yanvarın 24-26-da baş tutacaq Premyer Liqada iştirakçılar dünya çempionatına vəsiqə qazanmaq şansı əldə edəcəklər.

İdman.biz

Məqalədə: