Azərbaycan Karate Federasiyasının nəzdində parakarate komitəsi fəaliyyət göstərəcək

Xəbərlər
28 Yanvar 2025 17:29
85
Azərbaycan Karate Federasiyasının nəzdində parakarate komitəsi fəaliyyət göstərəcək

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi yığıncağında məlumat verilib.

Renat Əliyev komitənin sədri seçilib. Həmçinin Azərbaycan Karate Federasiyasının Hakimləri Komitəsində yeni təyinat olub. Komitəyə Cahangir Babayev gətirilib.

İdman.biz