Larnaka karateçiləri gözləyir

Xəbərlər
4 Fevral 2025 14:22
40
Larnaka karateçiləri gözləyir

Azərbaycanın karate komandası fevralın 14-16-da Kiprin Larnaka şəhərində keçiriləcək A Seriyası turnirində çıxış edəcək.

İdman.biz xəbər verir ki, yarışda 6 idmançımız mübarizə aparacaq.

Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Adil Quliyev (84 kq), Asiman Qurbanlı (+84 kq), Suada Kərimova (55 kq) və Renata Ərəbli (61 kq) Larnakaya yollanacaqlar.

Turnirdə 70-dən çox ölkədən 1000-dən çox karateçi iştirak edəcək.

İdman.biz