Bu gün Polşanın Bielsko-Biala şəhərində start götürən gənclər arasında karate üzrə Avropa çempionatında 49 ölkədən 1200-dən çox iştirakçı mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, bu rəqəmləri Avropa Karate Federasiyası açıqlayıb.
Qurumun prezidenti Antonio Espinoz qeyd edib ki, Bielsko-Bialadakı turnir karateçilərin 2023-cü il Avropa Oyunlarından sonra bu şəhərdə çıxış etdiyi ikinci mühüm yarış olacaq.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın da 28 idmançısı iştirak edəcək.
İdman.biz