Fevralın 20-də BƏƏ-nin Əl-Füceyrə şəhərində karate üzrə Gənclər Liqasının birinci mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan komandası da mübarizə aparacaq.
Yarışda 31 karateçimiz gücünü yoxlayacaq. Onlar uşaq, yeniyetmə və gənclər kateqoriyalarında qüvvələrini sınayacaqlar.
Gənclər Liqasında ümumilikdə 87 ölkədən 2000-dən çox karateçinin iştirakı gözlənilir.
İdman.biz