Karateçimiz Gənclər Liqasında ikinci olub

Xəbərlər
24 Fevral 2025 09:55
55
Karateçimiz Gənclər Liqasında ikinci olub

BƏƏ-nin Əl-Füceyrə şəhərində karateçilər arasında Gənclər Liqasının birinci mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin idmançısı da fərqlənib.

52 kq-da mübarizə aparan Dəniz Nəcəfli (U-14) finala qədər irəliləyib. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışa Azərbaycan millisi 31 karateçi ilə yollanmışdı.

İdman.biz

Məqalədə: