Premyer Liqada iştirak edəcək karateçilərimiz bəlli olub

Xəbərlər
25 Fevral 2025 09:42
49
Premyer Liqada iştirak edəcək karateçilərimiz bəlli olub

Azərbaycan karate komandası Çinə yollanacaq.

İdman.biz xəbər verir ki, martın 14-16-da Xançjouda Premyer Liqanın ikinci turniri keçiriləcək.

Yarışda Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq) və Fidan Teymurova (50 kq) iştirak edəcək.

Reytinq turnirinə 67 ölkədən 382 idmançı qatılacaq.

İdman.biz

Məqalədə: