Azərbaycan Karate Federasiyası (AKF) yeni layihəyə start verir.
İdman.biz xəbər verir ki, "Daun xəstəlik deyil, fərqlilikdir" adlı tədbir fevralın 27-də keçiriləcək.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil olunacaq layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə (karateyə) inteqrasiyası, parakarateyə cəlb edilməsidir.
İdman.biz