İrina Zaretska qayıdır

Xəbərlər
18 Mart 2025 14:31
65
İrina Zaretska qayıdır

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska tatamiyə qayıdır.

İdman.biz xəbər verir ki, analıq məzuniyyətindən sonra məşqləri bərpa edən Azərbaycan millisinin aparıcı idmançısı Premyer Liqanın üçüncü mərhələsində iştirak etmək niyyətindədir.

Yarış aprelin 18-20-də Misirin paytaxtı Qahirədə keçiriləcək və Zaretskanın adı da iştirakçılar siyahısında qeyd olunub.

Azərbaycan millisinin heyətində, həmçinin Aminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) da yer alıblar.

İdman.biz