Azərbaycan karateçiləri Qran-Pridə birinci yeri tutub - FOTO

Xəbərlər
7 Aprel 2025 16:31
34
Azərbaycan karateçiləri Qran-Pridə birinci yeri tutub - FOTO

Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) əldə ediblər. İdmançılar həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər.

Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) ikinci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) üçüncü olub.

Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşıb. Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

İdman.biz

Məqalədə: