Zaretska dünya reytinqində liderliyini qoruyub

Xəbərlər
11 Aprel 2025 15:59
38
Zaretska dünya reytinqində liderliyini qoruyub

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska dünya reytinqində liderliyini qoruyub saxlayır.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançısı analıq məzuniyyəti ilə əlaqədar beynəlxalq arenalardan müvəqqəti uzaqlaşmasına baxmayaraq, siyahıda birinci yerdədir.

68 kq çəki dərəcəsində mübarizə aparan karateçinin 6990 xalı var.

Zaretskanın çıxış etdiyi son yarış 2023-cü ilin oktyabrında qələbə qazandığı dünya çempionatı olub. O, hazırda aprelin 18-20-də Qahirədə keçiriləcək Premyer Liqaya hazırlaşır.

İdman.biz

Məqalədə: