Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında növbəti medalını qazanıb.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, komandamızın aktivinə mükafatı karateçimiz Qorxmaz Səfərli (58 kq) əlavə edib.
Sanbon şobu növündə çıxış edən idmançı ikinci yeri tutub. O, finalda Tavib Sanqtonqa (Tailand) 3 vaza-ari xalı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Oyunlarda karate yarışları bu gün başa çatacaq.
İdman.biz