Zaretska və digərləri Qahirə turnirində

Xəbərlər
15 Aprel 2025 16:25
35
Zaretska və digərləri Qahirə turnirində

Bu həftə Qahirədə karate üzrə Premyer Liqanın növbəti turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, aprelin 18-20-də Azərbaycan komandasının iştirakı ilə reytinq yarışının üçüncü mərhələsi baş tutacaq.

Analıq məzuniyyətindən sonra ilk turnirinə çıxacaq üçqat dünya çempionu İrina Zaretska (68 kq), həmçinin Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) Misirin paytaxtına yollanacaqlar.

Ümumdünya Karate Federasiyası (WKF) Qahirədə keçiriləcək Premyer Liqanı mövsümün həlledici anı kimi qeyd edir: "Əsas qaliblərin mükafatlandırılmasına cəmi bir turnir qalıb və bu yarış yekun cədvəlin formalaşmasında mühüm rol oynayacaq. "Grand Winner" titulu hər kateqoriya üzrə ən güclü idmançılara verilir. Mükafatların qalibləri Rabatda keçiriləcək final turnirində bəlli olacaq".

İdman.biz