Misirin paytaxtı Qahirədə start götürəcək Premyer Liqa mərhələsində Azərbaycan komandasının heyəti genişlənib.
İdman.biz xəbər verir ki, artıq komandada altı idmançı yer alıb.
Üçqat dünya çempionu İrina Zaretska (68 kq), Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) ilə yanaşı, Çində Premyer Liqa mərhələsində bürünc medal qazanmış Fərid Ağayev (75 kq) və Mədinə Sadıqova (55 kq) da Qahirədə mübarizə aparacaqlar.
Aprelin 18-də start götürəcək yarışda ümumilikdə 65 ölkədən karateçilər çıxış edəcəklər.
İdman.biz