"İnanılmaz emosiyalardır - yenidən tatamiyə qayıtdım".
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət karate yığmasının lideri İrina Zaretska (68 kq) öz sosial şəbəkə hesabında yazıb.
İdmançı yarışlara qayıtdıqdan sonra təəssüratlarını bölüşüb. Zaretska analıq məzuniyyətinə görə uzun fasilədən sonra ilk dəfə Qahirədə Premyer Liqa mərhələsində çıxış edib. O, turnirin mükafatçıları sırasına düşə bilməyib: "İdmana qayıtdım və il yarımlıq fasilədən sonra gücümü sınadım. Bəli, bu dəfə qrupdan çıxıb medallar uğrunda mübarizə apara bilmədim, amma inanın ki, bu, sadəcə başlanğıcdır. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
İdman.biz