Zaretskanın Dünya Oyunlarındakı rəqibləri bəlli olub

Xəbərlər
23 Aprel 2025 12:02
146
Zaretskanın Dünya Oyunlarındakı rəqibləri bəlli olub

Azərbaycan millisinin karateçisi İrina Zaretskanın (68 kq) Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarındakı bütün rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, karatedə hər çəki kateqoriyasında səkkiz idmançı mübarizə aparacaq.

Dünya Oyunları üçün ilk vəsiqələr karateçilərə 2023-cü ildə Budapeştdə keçirilən dünya çempionatında verilib və Zaretska həmin yarışda ardıcıl üçüncü dəfə çempion titulunu qazanıb. Onun finaldakı rəqibi Yelena Quiriçi (İsveçrə) və dünya çempionatının bürünc mükafatçısı Seiko Zefanya (İndoneziya) da Çində çıxış edəcəklər.

Qalan iştirakçılar reytinq əsasında müəyyən edilib. Bunlar Eda Eltemur (Türkiyə), Hadir Hendi (Misir), Kama Tsubasa (Yaponiya), Giaogiao Li (Çin) və Thalia Sombedir (Fransa).

Qeyd edək ki, Dünya Oyunları avqustun 7-17-də keçiriləcək

İdman.biz

Məqalədə: