Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə “Glory 91” yarışında iştirak edəcək.
İdman.biz xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq.
O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. “Glory 91” turniri aprelin 27-də keçiriləcək.
Qeyd edək ki, Bəhram Rəcəbzadə peşəkar rinqdə keçirdiyi 68 görüşdə 66 qələbə qazanıb, 2 dəfə məğlub olub. Kikboksçumuz bu qarşılaşmaların 58-də nokautla qalib gəlib.
İdman.biz