Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək

Xəbərlər
19 İyun 2024 17:14
125
Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, 30 yaşlı idmançı "Fight for Honor XII" çərçivəsində qüvvəsini sınayacaq.

"Professor" ləqəbli Nəbiyev Yunanıstan təmsilçisi Kostas Makedoniadislə qarşılaşacaq. Döyüş iyunun 29-da baş tutacaq.

Qeyd edək ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.

İdman.biz

Məqalədə: