“Glory”: Bəhram Rəcəbzadə Stefan Latesku ilə döyüşəcək

Xəbərlər
31 İyul 2024 10:03
571
“Glory”: Bəhram Rəcəbzadə Stefan Latesku ilə döyüşəcək

Bu gün azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory”də növbəti döyüşünə çıxacaq.

İdman.biz xəbər verir ki, 32 yaşlı idmançı 95 kq-da reytinqin 4-cüsü olan rumıniyalı Stefan Latesku ilə üz-üzə gələcək.

Görüş Belçikanın Antverpen şəhərində “Lotto” arenada keçiriləcək. Bəhramla Lateskunun döyüşü gecənin əsas döyüşü olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq gecədə daha 8 qarşılaşma baş tutacaq.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub. Latesku isə 20 görüşdən 17-dən üstün ayrılıb, 3-də uduzub.

İdman.biz