Naxçıvanda “İdman hamı üçün!” layihəsi - FOTO

Xəbərlər
26 Avqust 2024 17:02
214
Naxçıvanda “İdman hamı üçün!” layihəsi - FOTO

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində növbəti açıq məşq reallaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin layihəsi çərçivəsində təşkil olunan idman tədbiri “Ləvənt” Döyüş Klubunun məşqçi və idmançılarının iştirakı ilə keçirilib.

İstirahət parkında 100-ə yaxın qız və oğlan kikboksçu layihənin əsas məqsədinə uyğun olaraq öz bacarıqları, istedadları ilə insanları idmanı sevdirməyə, cəmiyyətdə bu sahəyə olan marağı artırmağa çalışıblar. Onlar müəyyən sektorlarda əyləncəli, taktiki və texniki məşq elementləri icra edib, döyüş səhnələri canlandırıblar.

Tədbirin yekununda klubun təsisçisi Etibar Qəribov idmana göstərdilən diqqətə görə təşəkkür edib, minnətdarlıq əlaməti olaraq təşkilatçı qurumlara təşəkkürnamələr təqdim edib.

İdman.biz