Azərbaycan kikboksçusu dünya çempionatının finalında

Xəbərlər
29 Avqust 2024 15:09
505
Azərbaycan kikboksçusu dünya çempionatının finalında

Macarıstanın paytaxtı Budapeştdə kikboksinq üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) keçirdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparır.

Təmsilçimiz Kənan Cəfərli mundialda ardıcıl üçüncü qələbəsini qazanıb. 63,5 kq çəkidə çıxış edən idmançımız bolqarıstanlı Kristian Georgiyevə qalib gəlib. Cəfərli bu qələbə ilə finala yüksəlib.

İdman.biz