“Glory”: Bəhrəm Rəcəbzadənin növbəti döyüşü bəlli olub

Xəbərlər
9 Sentyabr 2024 17:40
2 226
“Glory”: Bəhrəm Rəcəbzadənin növbəti döyüşü bəlli olub

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti döyüşünün vaxtı bilinib.

İdman.biz xəbər verir ki, 32 yaşlı idmançı ağır çəkidə reytinqin birincisi olan niderlandlı Levi Riqters ilə üz-üzə gələcək.

Görüş sentyabrın 21-də keçiriləcək. Levi indiyə kimi peşəkar rinqdə 20 görüşdə 18 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.

Bu döyüşün qalibi isə “Collision 7” turnirində “kikboksinqin kralı” adlandırılan niderlandlı Riko Verhovenlə dünya kəməri uğrunda döyüşünə çıxacaq. Həmin qarşılaşma dekabrın 7-də Niderlandda keçiriləcək.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub.

İdman.biz