2 idmançımız Dünya Kubokunun finalında - FOTO

Xəbərlər
28 Sentyabr 2024 15:53
684
2 idmançımız Dünya Kubokunun finalında - FOTO

Özbəkistanın paytaxtı Daşkənddə kikboksinqin WAKO versiyası üzrə dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, iki döyüşçümüz finala vəsiqə qazanıb.

(60 kq K-1) Məhəmməd İmanov tailandlı Panya Phongsakon, (67 kq K-1) Amin Quliyev isə türkiyəli Ercan Tanrıverdi ilə qarşılaşacaq.

Qeyd edək ki, idmançılarımız seçilmiş ən yaxşı 10 final (GALA NİGHT) döyüşlərində rinqə çıxacaqlar.

İdman.biz