Avropa Oyunlarında iştirak edən idmançımıza 4 illik diskvalifikasiya

Xəbərlər
4 Mart 2025 13:56
83
Avropa Oyunlarında iştirak edən idmançımıza 4 illik diskvalifikasiya

Azərbaycan kikboksinqçisi Elşad Şahbazov diskvalifikasiya olunub.

İdman.biz AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Oyunlarının iştirakçısından götürülən test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Nəticədə Şahbazov 4 illik (48 ay) cəzalanıb. Onun diskvalifikasiya müddəti 2023-cü ilin 25 noyabrından hesablanmağa başlayıb.

Qeyd edək ki, Şahbazov Krakovda keçirilən Avropa Oyunlarında mübarizə aparıb.

İdman.biz