Bəhram Rəcəbzadədən nokautla qələbə - VİDEO

Xəbərlər
6 Aprel 2025 01:30
140
Bəhram Rəcəbzadədən nokautla qələbə - VİDEO

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory”də növbəti döyüşünə çıxıb.

İdman.biz xəbər verir ki, 33 yaşlı idmançı Glory99 gecəsində Brayan Doueslə qarşılaşıb.

O, Rotterdamda keçirilən yarışda yerli idmançıdan güclü olub. Bəhram rəqibini birinci raundda nokaut edib. Bu qələbə azərbaycanlı kikboksçunun Glory100 gecəsinə vəsiqə qazanması ilə nəticələnib.

Qeyd edək ki, turnir iyunun 14-də Rotterdanda təşkil olunacaq.

İdman.biz