Bəhram Rəcəbzadə: “Mən bir nömrəyəm” - VİDEO

Xəbərlər
6 Aprel 2025 19:15
60
Bəhram Rəcəbzadə: “Mən bir nömrəyəm” - VİDEO

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə (95 kq) Niderlandın Rotterdam şəhərində keçirilən GLORY 99 turnirindəki qələbəsindən danışıb.

İdman.biz xəbər verir ki, o, turnir çərçivəsində niderlandlı Brayan Douesi məğlub edib.

Rəcəbzadə növbəti qarşılaşmada albaniyalı Asdrene Qaşi ilə döyüşəcəyini bildirib: "Növbəti rəqibim albaniyalı Asdren Qaşi haqqında nə deyə bilərəm? Xoş gəlmisən! Növbəti iki ay üçün planlarıma gəlincə, həyat yoldaşımla övladımızın dünyaya gəlişini gözləyirik. Ailəmlə mənim üçün əla dövr olacaq, amma sonra məşqlərə qayıdacağam. Məqsədim titul uğrunda mübarizədir. Çempionluq uğrunda mübarizəyə hazıram, mən bir nömrəyəm".

O, həmçinin kikboksinq dünyasındakı kumirlərindən biri - Badr Hari ilə də tanışlıq emosiyalarını bölüşüb: "Döyüşdən əvvəl görüşdük və onun məni ziyarət etməsinə çox sevindim. Bu mənim üçün mühüm hadisə idi. Ona təşəkkür edirəm".

İdman.biz