Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.
İdman.biz xəbır verir ki, təmsilçimiz Tailandda Dünya kubokunun qalibi olub.
Quliyev Banqkokda keçirilən yarışda K-1 qaydaları ilə 67 kq çəkidə mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Amin dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.
İdman.biz