Bəhram Rəcəbzadədən sumqayıtlılara MÜRACİƏT

Xəbərlər
18 Aprel 2025 12:32
225
Bəhram Rəcəbzadədən sumqayıtlılara MÜRACİƏT

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə sumqayıtlılara müraciət edib.

İdman.biz xəbər verir ki, dünya çempionu şəhər sakinlərini aprelin 19-u baş tutacaq görüşə səsləyib.

O bildirib ki, Sumqayıt Dram Teatrında baş tutacaq görüşdə idmanın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar: “Çempionluqla bağlı gənclərlə müzakirələr aparacağıq. Orada yaxşı məsləhətlər olacaq”.

Qeyd edək ki, Rəcəbzadə sonuncu döyüşünə aprelin 6-da çıxıb. 33 yaşlı idmançı Glory99 gecəsində Brayan Doueslə qarşılaşıb. O, rəqibini birinci raundda nokaut edib.

İdman.biz