Aprelin 25-də Latviyanın paytaxtı Riqada kikboksinqin WAKO növü üzrə beynəlxalq turnir start götürəcək.
İdman.biz xəbər verir ki, 4 gün davam edəcək "Latvia Open"də Azərbaycan millisi də mübarizə aparacaq.
Kikboksinqçilərimizdən Rafiq Babazadə (57 kq, K-1), Ayxan Həsənov (81 kq, K-1), Oqtay İsmayılov (60 kq, K-1) gənclər və yeniyetmələr arasında güclərini sınayacaqlar. Komandaya baş məşqçi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərli rəhbərlik edəcək.
Qeyd edək ki, Aydın Ağabəyov isə yarışda ölkəmizi referi kimi təmsil edəcək.
İdman.biz