Kikboksçumuz “ONE Fight Nights” turnirində

Xəbərlər
26 Aprel 2025 13:32
44
Kikboksçumuz “ONE Fight Nights” turnirində

Azərbaycanlı kikboksçu Akif Quluzadə “ONE Championship”in döyüş seriyası olan “ONE Fight Nights” turnirində çıxış edəcək.

İdman.biz xəbər verir ki, Tailandın paytaxtı Banqkokda baş tutacaq qarşılaşmada təmsilçimiz flayveyt kateqoriyasında ABŞ idmançısı Şon Klimako ilə qarşılaşacaq.

Döyüş mayın 3-ü Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Qeyd edək ki, 19 yaşlı Quluzadə "OneChampionship"in həftəlik döyüş seriyası olan “ONE Friday Fights”da üç böyük qələbə qazanıb.

İdman.biz