Azərbaycan kikboksçuları Latviyada beynəlxalq yarışda 3 qızıl, 1 gümüş qazanıblar.
İdman.biz xəbər verir ki, paytaxt Riqada keçirilən WAKO (Latvia Open) versiyası üzrə yarışda Rafiq Babazadə (57 kq, K-1) gənclər arasında birinci yeri tutub.
Ayxan Həsənov (81 kq, 86 K-1) kişilər arasında iki qızıl medal medala yiyələnib. Oqtay İsmayılov isə gənclər arasında (60 kq, K-1) ikinci pillədə qərarlaşıb.
İdman.biz