İstanbulda “AKIN Fight” promouşn turniri çərçivəsində peşəkar kikboksinq gecəsi təşkil olunub.
İdman.biz Azərtac.az-a istinadən xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən “Levent Bulut” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 4 kikboksçu turnirin “Alt matçlar” formatında öz qüvvəsini sınayıb.
İdmançılardan 50 kiloqram çəkidə mübarizə aparan Tayfur Əliyev və 63,5 kiloqramda mübarizə aparan Əli Yasinov gecənin qalibi olublar. 48 kiloqramda mübarizə aparan Mirac Qocayev isə ikinci yerə layiq görülüb.
İdman.biz