İlk yarımyüngül çəki üzrə mütləq dünya çempionu Naoya İnouenin 2024-cü il üçün planlarını açıqlanıb.
İdman.biz xəbər verir ki, yaponiyalı boksçu növbəti ildə 3 döyüş keçirəcək.
Bu barədə onun proumeteri Hideyuki Ohasi məlumat verib. Yaponiyalı idmançının mümkün rəqibləri arasında Luis Neri, Murodjon Axmadaliyev və Con Riel Kasemironun adı çəkilir. Döyüşlərin Yaponiya və Səudiyyə Ərəbistanında təşkili gözlənilir.
Qeyd edək ki, İnoue son döyüşünü 2 gün əvvəl keçirib. Yaponiyalı boksçu Malon Tapalesə (Filippin) qalib gələrək, ilk yarımyüngül çəkidə mütləq dünya çempionu tituluna yiyələnib.
İdman.biz