“Dubaydayam. Həbibin qayıdışı ilə bağlı şayiələri dayandırmaq üçün bu paylaşımı edirəm”.
İdman.biz xəbər verir ki, bunu Həbib Nurməhəmmədovun məşqçisi Xavier Mendes deyib.
Meksikalı çalışdırıcı rusiyalının yenidən oktaqona qayıtmaq ehtimalına reaksiya verib. Onun sözlərinə görə, bunlar sadəcə şaiyədir: ”Biz birlikdə məşq etmirik. Onun qayıtmasını heç vaxt müzakirə etməmişik və Həbib ailəsi ilə daha çox vaxt keçirmək istəyir. O, döyüşməyəcək. Kikboksinq və ya MMA yoxdur. Odur ki, bu paylaşımları dayandırın!”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Həbib Nurməhəmmədovun qarışıq döyüş növləri üzrə karyerasını bərpa edə biləcəyi barədə məlumatlar yayılıb. Tanınmış analitik Çael Sonnen rusiyalı döyüşçünün UFC 300-də orta çəki dərəcəsində UFC çempionu Leon Edvards ilə döyüşmək üçün oktaqona qayıda biləcəyini yazıb.
İdman.biz