MMA döyüşçüsü silahlı hücuma məruz qalıb

Xəbərlər
16 May 2024 12:39
375
MMA döyüşçüsü silahlı hücuma məruz qalıb

Rusiyalı MMA döyüşçüsü Zəlimxan Yusupova silahlı hücum olub.

İdman.biz xəbər verir ki, insident Mahaçqalada baş verib.

Naməlum şəxslər döyüşçünü yaralayıblar. Hadisədən dərhal sonra Yusupov xəstəxanaya yerləşdirilib. İdmançının həyatı təhlükəsinin olmadığı bildirilir.

Qeyd edək ki, Yusupov peşəkar rinqdə 11 döyüş keçirib. O, bunların 6-da qalib gəlib, 5-də isə uduzub.

İdman.biz

Məqalədə: