Makqreqorun döyüşü ləğv olunub - SƏBƏB

Xəbərlər
14 İyun 2024 10:44
1 359
Makqreqorun döyüşü ləğv olunub - SƏBƏB

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun Maykl Çendlerlə döyüşü ləğv olunub.

İdman.biz xəbər verir ki, buna irlandiyalının zədələnməsi səbəb olub.

UFC-nin prezidenti Dana Uaytin sözlərinə görə, döyüşün iyunun 29-da “UFC 303” turniri çərçivəsində keçirilməsi nəzərdə tutulsa da, Makqreqor oktaqona çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, Konor son görüşünü 2021-ci ildə ABŞ-dan olan Dastin Poryeyə qarşı keçirib.

İdman.biz

Məqalədə: