Nazim Sadıqov: “Günlərlə düşünməli oldum və ...”

Xəbərlər
9 İyul 2024 11:08
703
Nazim Sadıqov: “Günlərlə düşünməli oldum və ...”

Qarışıq döyüş növləri üzrə azərbaycanlı döyüşçü Nazim Sadıqovun görüşü növbəti dəfə təxirə düşüb.

İdman.biz xəbər verir ki, bununla bağlı həmyerlimiz sosial şəbəkədə paylaşım edib.

30 yaşlı döyüşçü ardıcıl olaraq UFC tərəfindən rəqiblərinin dəyişdirilməsinə şərh verib. O bu həftə Denverdə planlaşdırılan qarşılaşmasının baş tutmayacağına təəssüfləndiyini də bildirib: “Bu qərarı vermək üçün günlərlə düşünməli oldum. 6 rəqib və 6 tarix dəyişikliyinə görə son bir neçə ayda özümü attraksionda hiss etdim. Müqaviləyə uyğun kiçik bir xahişlə tezliklə oktaqonda görüşməli olduğum Drev Dober də daxil olmaqla, bütün çağırışları qəbul etdim. Uyğunlaşmaq üçün bütün səylərimə baxmayaraq, dəyişən planlar, məşqlər və son 3 ayda uzun sürən təlim-məşq toplanışı mənə təsirini göstərdi. Özümü yenidən toplamaq üçün bir neçə həftə istirahət edəcəyəm və tezliklə oktaqona qayıtdığımı elan edəcəyəm”.

Qeyd edək ki, ötən ay Nazimin Kris Dukan, daha sonra Marke Medeyros və Drev Doberə qarşı döyüşəcəyi elan olunsa da, bu qarşılaşmalar baş tutmayıb.

İdman.biz

Məqalədə: