Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacaq.
İdman.biz xəbər verir ki, bunu irlandiyalının özü açıqlayıb.
O, yenidən döyüşməyə hazır olması ilə bağlı paylaşım edib: “Qayıdışa az qalıb”.
Qeyd edək ki, Konor iyunun 30-da UFC-303-də döyüşməli olsa da, turnirdən bir neçə həftə əvvəl zədə üzündən yarışa qatılmaqdan imtina edib.
İdman.biz