Uaytdan iddia: “MMA olimpiya idman növü olmalıdır”

Xəbərlər
6 Avqust 2024 16:27
426
Uaytdan iddia: “MMA olimpiya idman növü olmalıdır”

“Düşünürəm ki, MMA olimpiya idman növü olmalıdır”.

İdman.biz xəbər verir ki, bunu UFC-nin rəhbəri Deyna Uayt deyib.

Qurum rəhbəri Paris-2024-ün gedişi zamanı Beynəlxalq Olimpiya Komitəsinə məsləhət verib. Uayt MMA-nın Yay Olimpiya Oyunlarının proqramında yer almasının zəruriliyini iddia edir: “Amma bununla bağlı qərar vermək mənim işim deyil. Mən bunun üçün çalışmıram, amma belə olmasını istəyərdim. İndiki Olimpiya Oyunlarının üzləşdiyi problemlərdən biri tamaşaçı auditoriyasıdır. Sizə tamaşaçılar lazımdır? MMA-nı Olimpiadanın proqramına daxil edin".

Qeyd edək ki, iyulun 26-da start götürən Paris-2024 Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

İdman.biz

Məqalədə: