Kurban Berdıyev: "Nəticədən razı qalmamaq mümkün deyil"

Xəbərlər
24 Avqust 2024 21:09
382
Kurban Berdıyev: "Nəticədən razı qalmamaq mümkün deyil"

“Futbolçularıma canfəşanlıqlarına və oyun intizamlarına görə minnətdaram".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ"a qarşı komandanın oyunundan razı qaldığını bildirib: "Əlbəttə razı qaldım. Nəticədən razı qalmamaq mümkün deyil. "Qarabağ" çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır. “Qarabağ”a “Dinamo” ilə oyunda uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” mərhələ keçməyi bacaracaq”.

Qeyd edək ki, "Turan Tovuz" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz