Fərid Əlibabazadə (57 kq) Qazaxıstanın Almata şəhərində keçirilən MMA üzrə “Octagon” liqasında rinqə çıxıb.
İdman.biz xəbər verir ki, o, Askar Jaksilikovla kəmər uğrunda mübarizə aparıb.
Fərid 5-ci raundda boğucu fənd işlədərək, qələbə qazanıb. Azərbaycanlı boksçu liqanın çempionu olub.
Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.
İdman.biz