WBA, WBC və WBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik (22-0) keçirmək istədiyi 2 döyüş haqqında danışıb.
İdman.biz xəbər verir ki, ukraynalı boksçu Tayson Fyuri (34-1) və Entoni Coşua (28-3) ilə qarşılaşmağı arzulayır.
Keçirdiyi bütün döyüşləri qələbə ilə başa vuran Usik Tayson Fyuri ilə revanş görüşünü səbirsizliklə gözlədiyini bildirib: "Fyuri ilə revanş döyüşü mənə çox maraqlıdır. Mümkündür, Coşua ilə 3-cü görüş də olsun. Bu iki boksçu ilə qarşılaşmaq daha cəlbedicidir. Bundan sonra qoy gənclər önə çıxsınlar".
Qeyd edək ki, Aleksandr bu ilin mayında Fyurini məğlub edib. Boksçular arasında revanş matçının oktyabr ayında keçirilməsi planlaşdırılıb.
İdman.biz