Təmsilçimiz “Grand Bellagio Championship-2"də çempion olub - FOTO

Xəbərlər
15 Sentyabr 2024 14:50
294
Təmsilçimiz “Grand Bellagio Championship-2"də çempion olub - FOTO

Batumidə "Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, ikinci dəfə təşkil olunan yarışda səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.

Çempionatda Azərbaycan, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistandan idmançılar iştirak ediblər. Turnirdə MMA qaydalarına əsasən 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanlı idmançı Yusif Qasımov Qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.

Gecənin əsas döyüşü isə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev ilə uqandalı idmançı, qitə və üç qat dünya çempionu Umar Semata ararsında olub. Alim parlaq qələbə qazanıb. Nəbiyev bununla da keçirdiyi 64 döyüşdən 56-cı qələbəsini əldə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Batumidəki baş konsulluğun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.

İdman.biz